+994 70 284 50 00

PEŞƏKAR ŞƏXSİ
KÖMƏKÇİ XİDMƏTİ

Bakıda vaxt ayıra bilmədiyiniz şəxsi işləri sizin əvəzinizə təşkil və icra edirik.

WhatsApp-da yazınZəng edinSadə tapşırıqlar 20 AZN-dən

İşlərimiz

Həvalə etdilər.
Həll etdik.

01
Bir dəfəlik tapşırıq

Avtomobilin təmirini təşkil etdik

Yekun təmir xərci350 AZNİlkin təxmin: 1000–1200 AZN

Xanım müştərinin avtomobili xarab olmuşdu. Qatı ağ tüstü buraxırdı və mühərrik səslə işləyirdi. Müştəri özü ustaya ilk ziyarətini etmişdi və usta ona təxmini 1000–1200 manatlıq təmir ola biləcəyini bildirmişdi.

Biz nələr etdik?

Etibarnamə yazıldıqdan sonra əməkdaşımız avtomobili diaqnostikaya apardı, problemi təxmini müəyyən etdik, səhv istiqamətləndirmənin qarşısını aldıq və avtomobili müştəriyə geri qaytardıq. Daha sonra müştəri və usta ilə razılaşdırılmış vaxtda avtomobili yenidən götürüb servisə apardıq, təmir prosesinə nəzarət etdik və daha sonra geri gətirib təhvil verdik.

02
Mütəmadi görülən işlər

Yaşlı valideynə mütəmadi dəstək

NəticəValideyninə Bakıda mütəmadi qayğı və dəstək.

Xaricdə yaşayan müştərimizin yaşlı anası Bakıda yaşayır. Müştərimizin yaşlı anasına mütəmadi dəstək lazım olur. Bütün bu işləri müştərimiz bizə həvalə edib, mütəmadi gələn bütün tapşırıqları biz icra edirik.

Görülən işlər bunlardır:

  • Həkim təyinatlarını danışıb, müştərini həkimə aparıb-gətirmək.
  • Lazımi yemək və digər tələbatları alıb-gətirmək.
  • Sənədlərlə bağlı işlər olanda müştərini aidiyyəti qurumlara aparıb-gətirmək və yanında müşayiət etmək.
03
Layihə tipli tapşırıq

Mənzilin təmirinə nəzarət etdik

Nəticəİki həftə nəzarət. Mənzil kirayəçiyə təhvil verildi.

Müştəri vaxt azlığı ilə bağlı özü nəzarət edə bilmirdi deyə, bütün prosesi bizə həvalə etdi. Ustaların işinə nəzarət etdik, materialların alınmasına nəzarət etdik, evdə köhnə əşyaların sökülüb çıxarılmasını və yeni mebellərin gətirilib quraşdırılmasını təşkil etdik. İki həftə boyunca müştərimizlə hər addımı təsdiqlətdik, video və görüntü hesabatları təqdim etdik. Beləliklə, müştərimiz şəxsi vaxtını və əsəblərini xərcləmədi, bizim vasitəmizlə kosmetik remonta nəzarət etdi.

Həmçinin daha sonra mənzilin kirayə verilməsini də bizə həvalə etdi. İnternet saytında elanı yerləşdirdik, gələn zənglərə cavab verdik, istəyənlərə mənzili göstərdik və yekunda kirayəçiyə təhvil verdik.

04
Mütəmadi nəzarət

Boş qalan mənzilə nəzarət

NəticəTəmizlik və kommunal ödənişlər nəzarətdədir.

Müştərimiz xaricdə yaşadığı üçün Bakıda olan mənzil ilə bağlı növbəti işləri — vaxtaşırı mənzili təmizlətdirməyi və kommunal borcların ödənilməsini bizə həvalə edib.

Sizin üçün

Vaxtınız sizə qalsın.

Vaxt ayıra bilmədiyiniz və ya məşğul olmaq istəmədiyiniz şəxsi işləri bizə həvalə edin.

Vaxt xərcləmirsiz

Rahatlığınız pozulmur

Əsəbləriniz sakit qalır

Tapşırdığınız işin icrası necə aparılır?

  1. 01Tapşırığınızı dinləyirik və detalları aydınlaşdırırıq
  2. 02Plan qurur və ən uyğun həll yolunu seçirik
  3. 03Sizin əvəzinizə əlaqə qurub təşkil edirik
  4. 04Gedişatı izləyir, nəzarətdə saxlayırıq
  5. 05Məsələni sonadək həll edirik
  6. 06Nəticəni sizə təqdim edib təsdiqləyirik

OGƏLSİN - Arxasında şəxsi reputasiyaya əsaslanan xidmətdir.

İndiki zəmanədə ən nadir dəyərlərdən biri - etibarlı olmaqdır. Həssas və şəxsi bir məsələnizi həll etmək üçün rahatlıqla etibar edə biləcəyiniz bir insanı tanımaq - zəmanəmizdə lüks sayılır.

Mən hər zaman elə yaşamağa çalışmışam ki, məni tanıyanlar mənə etibar edə bilsinlər. Heç kimə əmanət edə bilmədiyiniz işləri rahatlıqla mənə və komandama həvalə edə bilərsiz.

Elnur Pənahəliyev — OGƏLSİN-in qurucusu

Başqa hansı işləri bizə gördürə bilərsiz?

Sənəd işləri

Müraciətlərin edilməsi və sənəd işlərinin izlənməsi.

Avtomobil qayğıları

Texniki baxış, təmir və avtomobilin yuyulmasının təşkili.

Əmlak və əşya satışı

Elanlar, zənglər və evin, avtomobilin və ya əşyanın alıcılara göstərilməsi.

Həkimə müşayiət

Yaşlı insanın tibb müəssisəsinə aparılması, müşayiəti və geri gətirilməsi.

Təmirə nəzarət

Ustaların işinin və təmir prosesinin izlənməsi.

Daşınmanın təşkili

Əşyaların daşınmasının təşkili və prosesə nəzarət.

Qəbiristanlıqda qulluq

Qəbiristanlıqda ayrılmış ərazinin təmizlədilməsinə nəzarət.

Araşdırma və məlumat

Tapşırığınıza uyğun məsələlərin araşdırılması.

Tapşırığı WhatsApp-da müzakirə et

Xidmətin qiyməti

Sadə tapşırıqlar 20 AZN-dən

Yekun qiymət tapşırığın mürəkkəbliyindən, vaxtından və məsuliyyət dərəcəsindən asılıdır.

Vaxt edə bilmədiyiniz
işiniz varmı?

Tapşırığı öz sözlərinizlə yazın. Detalları dəqiqləşdirib həll yolunu təklif edəcəyik.

WhatsApp-da yazın
WhatsAppZəng et