+994 70 284 50 00

PEŞƏKAR ŞƏXSİ
KÖMƏKÇİ XİDMƏTİ

Vaxt edə bilmədiyiniz, yığılıb qalan və ya məşğul olmaq istəmədiyiniz şəxsi işlərinizi bizə həvalə edin.

Biz o işləri Sizin əvəzinizə icra edərik (təşkil edərik, planlayarıq, danışarıq, nəzarət edərik və nəticəni sizə çatdırarıq).

WhatsApp-da yazınZəng edin

İşlərimiz

Bizə tapşırılan və icra etdiyimiz işlərdən nümunələrlə tanış olun:

01
Bir dəfəlik tapşırıq

Avtomobilin təmirini bizə həvalə etdilər

Xanım müştərinin avtomobili xarab olmuşdu. Qatı ağ tüstü buraxırdı və mühərrik səslə işləyirdi. Müştəri özü ustaya ilk ziyarətini etmişdi və usta ona təxmini 1000–1200 manatlıq təmir ola biləcəyini bildirmişdi.

Biz nələr etdik?

Etibarnamə yazıldıqdan sonra əməkdaşımız avtomobili diaqnostikaya apardı, problemi təxmini müəyyən etdik, səhv istiqamətləndirmənin qarşısını aldıq və avtomobili müştəriyə geri qaytardıq. Daha sonra müştəri və usta ilə razılaşdırılmış vaxtda avtomobili yenidən götürüb servisə apardıq, təmir prosesinə nəzarət etdik və daha sonra geri gətirib təhvil verdik.

02
Mütəmadi görülən işlər

Xaricdə yaşayan müştərimizin yaşlı valideyninə mütəmadi dəstək göstəririk

Xaricdə yaşayan müştərimizin yaşlı anası Bakıda yaşayır. Müştərimizin yaşlı anasına mütəmadi dəstək lazım olur. Bütün bu işləri müştərimiz bizə həvalə edib, mütəmadi gələn bütün tapşırıqları biz icra edirik.

Görülən işlər bunlardır:

  • Həkim təyinatlarını danışıb, müştərini həkimə aparıb-gətirmək.
  • Lazımi yemək və digər tələbatları alıb-gətirmək.
  • Sənədlərlə bağlı işlər olanda müştərini aidiyyəti qurumlara aparıb-gətirmək və yanında müşayiət etmək.
03
Layihə tipli tapşırıq

Müştərinin kirayə verdiyi mənzildə kosmetik remont işlərinə nəzarət etdik

Müştəri vaxt azlığı ilə bağlı özü nəzarət edə bilmirdi deyə, bütün prosesi bizə həvalə etdi. Ustaların işinə nəzarət etdik, materialların alınmasına nəzarət etdik, evdə köhnə əşyaların sökülüb çıxarılmasını və yeni mebellərin gətirilib quraşdırılmasını təşkil etdik. İki həftə boyunca müştərimizlə hər addımı təsdiqlətdik, video və görüntü hesabatları təqdim etdik. Beləliklə, müştərimiz şəxsi vaxtını və əsəblərini xərcləmədi, bizim vasitəmizlə kosmetik remonta nəzarət etdi.

Həmçinin daha sonra mənzilin kirayə verilməsini də bizə həvalə etdi. İnternet saytında elanı yerləşdirdik, gələn zənglərə cavab verdik, istəyənlərə mənzili göstərdik və yekunda kirayəçiyə təhvil verdik.

04
Mütəmadi nəzarət

Xaricdə yaşayan müştərinin boş qalan mənzilinə nəzarət edirik

Müştərimiz xaricdə yaşadığı üçün Bakıda olan mənzil ilə bağlı növbəti işləri — vaxtaşırı mənzili təmizlətdirməyi və kommunal borcların ödənilməsini bizə həvalə edib.

Fikir verdinizsə, bizə həvalə olunan bütün işləri müştərilərimiz özləri də edə bilərdilər. Lakin onlar bu işlərə vaxt xərcləmədilər, enerji xərcləmədilər, bu işləri bizim vasitəmizlə həll etdilər.

Siz də həmçinin, əgər hansısa işləri özünüz icra edə bilərsizsə, amma etməyə vaxtınız yoxdursa və ya o işlə məşğul olmaq istəmirsinizsə, həmin işləri bizə həvalə edə bilərsiz. Sizin üçün həmin işləri biz icra edərik.

Siz isə:

Vaxt xərcləmirsiz

Rahatlığınız pozulmur

Əsəbləriniz sakit qalır

Tapşırdığınız işin icrası necə aparılır?

  1. 01Tapşırığınızı dinləyirik və detalları aydınlaşdırırıq
  2. 02Plan qurur və ən uyğun həll yolunu seçirik
  3. 03Sizin əvəzinizə əlaqə qurub təşkil edirik
  4. 04Gedişatı izləyir, nəzarətdə saxlayırıq
  5. 05Məsələni sonadək həll edirik
  6. 06Nəticəni sizə təqdim edib təsdiqləyirik

OGƏLSİN - Arxasında şəxsi reputasiyaya əsaslanan xidmətdir.

İndiki zəmanədə ən nadir dəyərlərdən biri - etibarlı olmaqdır. Həssas və şəxsi bir məsələnizi həll etmək üçün rahatlıqla etibar edə biləcəyiniz bir insanı tanımaq - zəmanəmizdə lüks sayılır.

Mən hər zaman elə yaşamağa çalışmışam ki, məni tanıyanlar mənə etibar edə bilsinlər. Heç kimə əmanət edə bilmədiyiniz işləri rahatlıqla mənə və komandama həvalə edə bilərsiz.

Elnur Pənahəliyev — OGƏLSİN-in qurucusu

Başqa hansı işləri bizə gördürə bilərsiz?

Hansısa sənəd işinin arxasıyca getmək, müraciətlər etmək

Avtomobil ilə bağlı işləri gördürmək (texniki baxışdan keçirtmək, təmir etdirmək, yuyulmasını təmin etmək)

Hər hansı bir əşyanı satmaq (elan yerləşdirmək, zənglərə cavab vermək, əşyanı / maşını / evi hər dəfə göstərmək və s)

Yaşlı insanı tibb müəssisəsinə aparıb, orada həkimlərdən keçirib, geri gətirmək

Hansısa təmir işinin nəzarətini həyata keçirmək

Hansısa əşyanın daşınmasının təşkil edilməsi, nəzarət

Qəbirstanlıqda ayrılmış ərazinin təmizlədilməsinə nəzarət

Hər hansı bir məsələnin araşdırılması və s.

Tapşırığı WhatsApp-da müzakirə et

Qiymət yalnız görüləcək işdən asılı deyil

Həllin mürəkkəbliyi, vaxtı və məsuliyyət dərəcəsi nəzərə alınır.
Sadə tapşırıqlar 20 AZN-dən başlayır.

Vaxt edə bilmədiyiniz
işiniz varmı?

Tapşırığı öz sözlərinizlə yazın.
Detalları dəqiqləşdirib
həll yolunu təklif edəcəyik.

WhatsAppZəng et